Ulu Öndərin İtaliyada hədiyyə verdiyi cütlük Bakıya GƏLİB - VİDEO 

Hazırda oxunan: Ulu Öndərin İtaliyada hədiyyə verdiyi cütlük Bakıya GƏLİB - VİDEO 

175662

1997-ci il senytabr ayında Prezident Heydər Əliyevin İtaliyaya rəsmi səfəri baş tutur. Amma tarixə qayıdıb bu səfərin rəsmi tərəfi haqqında deyil, maraqlı bir görüşdən danışacağıq. İtaliyanın mədəniyyətinə, memarlıq və incəsənətinə xüsusi önəm verən Ulu Öndər öz istəyi ilə Kapri adasını da ziyarət edir. Elə həmin vaxt nikahları yenicə kəsilən bir cütlüyün Piazzetta Meydanında Heydər Əliyevlə təsadüfi və unudulmayacaq görüşü gerçəkləşir. Heydər Əliyev ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayır və onlara Azərbaycan xalçası hədiyyə edir.

Bizim.Media xəbər verir ki, “Bir səfərin izi ilə” sənədli filminin ötən il İtaliyada çəkilişləri zamanı Roberto və Qabriella həmin görüşdən bəhs edərək, Azərbaycana gəlmək istədiklərini bildirmişdilər. 

Azərbaycan Hava Yollarının dəstəyi ilə onların bu arzusu reallaşıb. 
Ölkəmizə ilk dəfə səfər edən cütlük təəssüratlarını AZƏRTAC-a danışıblar: 
 


Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin