Ağdam rayonunun İmamqulubəyli kəndinin sakini Hüseynov Sənan Elbrus oğluna məxsus evdə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli evin 80 kvadratmetr hissəsi yanıb.
Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Yanğından Mühafizə Xidmətinin briqadaları tərəfindən yanğın söndürülüb. Yanğının evin digər hissəsinə yayılmasının qarşısı alınıb.
Bizim.Media