Fevralın 7-də keçiriləcək Prezident seçkilərində şimal bölgəsi üzrə 5 dairə seçki komissiyasında yaşı 100-ü keçmiş 9 nəfər iştirak edəcək. Ən yaşlı seçicilərdən 8-i qadın, biri isə kişidir.
Bizim.Media onların kimliyini və hansı dairələr üzrə səs verəcəklərini araşdırıb.
Bölgənin ən uzunömürlü sakini, Şabranın Ağbaş kənd sakini, 104 yaşlı Meynas Əmirqulu qızı Maqsudova seçki günü 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 30 saylı məntəqəsində öz namizədinə səs verəcək.
60 saylı Quba-Qusar Dairə Seçki Komissiyası üzrə seçicilərdən ikisinin 102, ikisinin 100 yaşı var.
Bunlar Qubanın Barlı kənd sakini, 102 yaşlı Pullu Ənvər qızı Çıraqmuğani, Davudoba kənd sakini, 102 yaşlı Təhminə Teymurşah qızı Nuriyeva, Qusarın Qımılqışlaq kənd sakini, 100 yaşlı Şahnabat Vəkil qızı Əlyarova və Qubanın Qımılqışlaq kənd sakini, 100 yaşlı Əmrah Məcid oğlu Əmrahovdur.
Yeni yaradılan 55 saylı Siyəzən-Quba-Xızı Dairəsi üzrə isə ən yaşlı seçici Qubada yaşayan 101 yaşlı Məkkə Yasin qızı Əhmədovadır.
57 saylı Xaçmaz şəhər Dairəsi üzrə ən yaşlı seçici -101 yaşlı, Qaraqurdlu kənd sakini Züleyxa Əlibaba qızı Ağasiyeva və onun həmyaşıdı, Qımılqışlaq kənd sakini Mədinə Ağəmməd qızı Əlifxanovadır.
58 saylı Xaçmaz Dairə Seçki Komissiyası üzrə də 2 ən yaşlı seçicinin kimliyi müəyyənləşib. Bunlar - Çinartala kənd sakini, 101 yaşlı Xatın Şıxkamal qızı Teymurova və Pərdiqıran kənd sakini, 100 yaşlı Mənsurə Nuri qızı Nəzərovadır.
Seçki günü yaşlı seçicilərin istəklərinə və səhhətlərinə uyğun olaraq onların səsvermələri yüksək səviyyədə təmin olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 29.01.2024
Şimal bölgəsinin ən yaşlı SEÇİCİLƏRİ – SİYAHI/FOTO
Hazırda oxunan: Şimal bölgəsinin ən yaşlı SEÇİCİLƏRİ – SİYAHI/FOTO
Hazırda oxunan: Şimal bölgəsinin ən yaşlı SEÇİCİLƏRİ – SİYAHI/FOTO
175654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.