Vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs TUTULDU - VİDEO

Hazırda oxunan: Vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs TUTULDU - VİDEO

175625

Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayan şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. 
Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. 

Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin