Qanunsuz odlu silah gəzdirən keçmiş məhkum ələ keçdi - FOTO

Hazırda oxunan: Qanunsuz odlu silah gəzdirən keçmiş məhkum ələ keçdi - FOTO

17560

Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının  aşkar edilməsi istiqamətində əməliyyat keçirilib. 

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub. 

Əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) madddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib. 

Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin