Heydər Əliyev Sarayında yeni təyinat olub.
Belə ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib. Bu barədə məlumatı Bizim.Media-ya Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova təsdiqləyib. Onun sözlərinə görə sözügedən təyinat yanvarın 12-də olub.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, Sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 29.01.2024
Heydər Əliyev Sarayında yeni TƏYİNAT
Hazırda oxunan: Heydər Əliyev Sarayında yeni TƏYİNAT
Hazırda oxunan: Heydər Əliyev Sarayında yeni TƏYİNAT
175589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.