Ələt-Asara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, yağışlı hava şəraitində manevr edən “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxıb.
Nəticədə ötmə əməliyyatı edən avtomobil sağ tərəfdə hərəkətdə olan ağırtonnajlı yük maşını TIR-a çırpılıb. Avtomobilin sağ tərəfi yük maşınının alt hissəsinə toxunub və yarıaşmış vəziyyətdə qalıb.
Xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Bizim.Media