İki qardaşın dəm qazından ölməsi faktı ilə bağlı cinayət işi BAŞLANDI

Hazırda oxunan: İki qardaşın dəm qazından ölməsi faktı ilə bağlı cinayət işi BAŞLANDI

175390

Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

ADA-ya 696 balla qəbul olmuşdu - Faciəvi şəkildə ÖLDÜ 


Bildirilib ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin, ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə halları ilə bağlı da müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb və araşdırmalar aparılır.

Hadisələrin baş vermə səbəbləri istintaq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verir və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin