Qızılcaya yoluxan Həmid Herisçinin SON DURUMU

Hazırda oxunan: Qızılcaya yoluxan Həmid Herisçinin SON DURUMU

175350

Qızılcaya yoluxan yazıçı-publisist Həmid Herisçinin vəziyyəti yaxşıdır.

Bizim.Media xəbər verir ki, bu barədə onun həyat yoldaşı jurnalist İlhamiyyə Rza məlumat verib. 

O bildirib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi modul tipli xəstəxanada müalicə alan jurnalistin temperaturu yoxdur:

“Həmidlə danışdım, səsi zəif gəlsə də hiss etdim ki, nikbinləşib. İntensiv terapiya öz nəticəsini verir. Qızdırması bu gün yoxdur. Palatada təkdir. Özü ilə Heydər Camalın kitabını götürub. Onu xəbər alanlara salam söylədi”.

Xatırladaq ki, dünən Həmid Hersiçi qızılca səbəbilə xəstəxanaya yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.



Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin