“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

Hazırda oxunan: “Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

175295

“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq dəniz səviyyəsindən 3000 m-dən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.

ASC-dən Bizim.Media-ya verilən məlumata görə, qurumun əməkdaşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transformatorlarını qardan təmizləyir, yeni quraşdırılan güc transformatorlarının işə salınması üçün tədbirlər görürlər.

Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik verilib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib. Həmçinin Qarabağ RETSİ (Regional Enerji Təchizatı və Satışı idarəsi) Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkilmiş 35 kV-luq ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel xəttinə gərginlik verilib. Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.

“Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir. Yaranan problemlərin mümkün qədər tez vaxtda aradan qaldırmağa çalışır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin