Ödənişli parkinqə etiraz edən klarnet ifaçısına CAVAB – “Hüseyn müəllim bir az da piyada yerisin”

Hazırda oxunan: Ödənişli parkinqə etiraz edən klarnet ifaçısına CAVAB – “Hüseyn müəllim bir az da piyada yerisin”

175220

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib.

“Biz burada maşınlarımızı pulsuz saxlayırdıq. Lakin bir neçə gün öncə parklanmanı ödənişli etdilər. Belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır”, - deyə ifaçı şikayətlənib. 

Xatırladaq ki, ötən iyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib.
 

MÖVZU İLƏ BAĞLI:

Hüseyndən ETİRAZ: "Konservatoriyanın önü pullu dayanacaq oldu, tələbələr ödəyə bilmir" - VİDEO


Təsdiq edilmiş sənədə görə, Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb. Hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 0,70 manat, II zonada 0,40 manat və III zonada isə 0,30 manat ödəniş tələb olunacaq.

Sonuncu IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi 22:00-dan 07:00-dək avtomobillərin parklanması ödənişsiz olacaq.

Məsələ sosial şəbəkələrdə müzakirəyə çevrilib və klarnet ifaçısının bu narazılığı Nazirlər Kabinetinin qərarına qarşı haqsız irad kimi qəbul edilib.  

Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, hər bir şəxsin nəyəsə etiraz etmək hüququ var, sadəcə olaraq, hamı üçün şərait yaratmaq da mümkün deyil:

“Biz də təklif edirik ki, müəyyən məqamlarda vətəndaşlara işlədikləri yerlərdə şərait yaradılsın. Lakin bu, fərdi qaydada ola bilər. Ancaq hamıya işlədiyi yerə uyğun olaraq ödənişsiz parkinq təklif edilməsi mümkün deyil. 

Milli Konservatoriyanın qarşısı elə bir yerdir ki, müəllim və tələbələrə şərait yaradılsa, digər vətəndaşlar nə edəcək? Ödənişli parkinq əlçatanlıq baxımından yaxşıdır, öbaşınalığın qarşısı alınır. Artıq pullar kiminsə cibinə yox, dövlətə gedir. Lakin qeyd etdiyim kimi, vətəndaşlara ödəniş məsələsində güzəşt etmək olar. 

Hüseyn müəllim də Konservatoriyaya yaxın Qış parkının və Azadlıq Meydanının parklanma yerləri var ki, aylıq ödənişi 80-100 manat civarındadır, maşınını orada saxlaya bilər.

Düşünürəm ki, Hüseyn müəllim üçün bu məbləğ elə də böyük deyil, ödənişini eləsin, bir az da piyada yeriyib Konservatoriyaya gəlsin, sonra da avtomobilini ürəyi istəyən yerə sürüb getsin” – deyə, ekspert bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin