Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini 57 yaşlı Çingiz Əsədov hamam otağında dəm qazından boğularaq ölüb.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında baş versə də, onun meyiti səhər saatlarında yaxınları tərəfindən hamamda aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan “morqu”na yerləşdirilib. Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.
Bizim.Media