“Ötən il mənimsəmə və israf etmə cinayətlərinin sayı artıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev ötən illin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasındakı çıxışı zamanı deyib.
O bildirib ki, 2023-ci ildə 317 mənimsəmə və israfetmə faktı qeydə alınıb. Bu rəqəm 2022-ci ildə 262 təşkil edib.
Həmçinin qeyd edilib ki, prokurorluq orqanları tərəfindən 76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib, 44,5 milyona yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.
Bundan başqa cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:48 / 26.01.2024
Azərbaycanda bu cinayətlərin sayı ARTIB
Hazırda oxunan: Azərbaycanda bu cinayətlərin sayı ARTIB
Hazırda oxunan: Azərbaycanda bu cinayətlərin sayı ARTIB
175184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.