Qarlı hava məhsuldarlığa necə təsir edəcək? – FOTO  

Hazırda oxunan: Qarlı hava məhsuldarlığa necə təsir edəcək? – FOTO  

175173

Ötən ilin gecikən soyuq və şaxtalı hava şəraiti sərt üzünü göstərir. 

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən bildirir ki, Şəki-Zaqatala iqtisadi rayonlarında bu gecə mənfi 7-11 dərəcə arasında şaxta qeydə alınıb, yollar buz bağlayıb. 

Qar yağandan sonra soyuq və şaxtalı hava şəraiti taxıl zəmiləri üçün bir “dərman” hesab edilir. 

Bitkiçilik üzrə mütəxəssis Sahib Əhmədov bildirir ki, payız ayları nə qədər quraq keçmişdisə, əkilən dənlər bir o qədər gec bitmiş və inkişafdan geri qalırdı. Yanvar ayının ortalarından başlayaraq havaların soyuması və iki dəfə qar yağması əsasən aran bölgələrdə taxıl zəmilərinə yenidən həyat verdi. 

Sahib Əhmədovun sözlərinə görə, ötən il dağlıq ərazilərə qar yağsa da, aranda demək olar, bu hal qeydə alınmadığından, yaz-yay aylarında da yağışlar olmadığından məhsul da yetişmədi. 

Belə hava şəraitinin gələcək məhsul üçün münbit zəmin yaratdığını deyən mütəxəssis indi zəmilərdə kök salan gəmiricilərin tamamilə məhv olmasına səbəb olacağını da diqqətə çatdırır. 
Yeri gəlmişkən bu gecə də Şəki-Zaqatala iqtisadi rayonlarına daxil olan magistral yollarda, əsasən də körpü və keçidlərdə buz bağlama halları müşahidə edilib. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin