Kamran Əliyev Bakıdakı separatçılardan DANIŞDI 

Hazırda oxunan: Kamran Əliyev Bakıdakı separatçılardan DANIŞDI 

175172

Uzun illərdir Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayətlər törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bunu geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib. 

O bildirib ki, saxlanılan separatçıların Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunması təmin olunacaq. 

Qeyd edək ki, istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub.

Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin başçıları Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "sabiq xarici işlər naziri" David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. 

Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər. 
Qeyd edək ki, Ruben Vardanyanın barəsində həbs qətimkan tədbirinin müddəti Səbail rayon Məhkəməsi tərəfindən daha 4 ay uzadılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin