ADA-nın tələbəsi dəm qazından boğulub.
Bizim.Media “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.
Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.
Hadisə ilə bağlı araşdırma aparılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sərxan Həsənovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında baş verib.
2002-ci il təvəllüdlü tələbə yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etdiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:24 / 26.01.2024
ADA-ya 696 balla qəbul olmuşdu - Faciəvi şəkildə ÖLDÜ
Hazırda oxunan: ADA-ya 696 balla qəbul olmuşdu - Faciəvi şəkildə ÖLDÜ
Hazırda oxunan: ADA-ya 696 balla qəbul olmuşdu - Faciəvi şəkildə ÖLDÜ
175170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.