Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltifləri təqdim edildi - FOTO

Hazırda oxunan: Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltifləri təqdim edildi - FOTO

175148

Yanvarın 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) bir qrup üzvünə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

Vəkillər Kollegiyasından Bizim.Media-ya bildirilib ki, tədbirdə çıxış edən Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov Prezident İlham Əliyevin Sərəncamı ilə vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət təltiflərinə layiq görülən bir qrup vəkili təbrik edib.

Sədr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mütərəqqi məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini, bu islahatlar çərçivəsində ölkəmizdə vəkilliyin inkişafına da xüsusi dəstək verildiyini deyib.

Diqqətə çatdırılıb ki, müstəqil dövlətimizin 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” ilk Qanunun qəbul edildiyi tarix əsas götürülərək dövlət başçısının 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə “Vəkil Günü” peşə bayramı təsis olunaraq qeyd olunmağa başlanılıb. Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan təsisat kimi formalaşdığı və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyi dilə gətirilib.

Vurğulanıb ki, peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət başçısının 2023-cü il 28 dekabr tarixli Sərəncamı ilə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmamqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Anar Bağırov bu Sərəncamın vəkillik sahəsinə olan diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Sonra mərasimdə vəkillərə mükafatlar təqdim olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin