"Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur"- Allahşükür Paşazadə

Hazırda oxunan: "Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur"- Allahşükür Paşazadə

175058
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına münasibət bildirib.
xa0
APA-nın xəbərinə görə, A. Paşazadə bildirib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar.
xa0
"Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur", - deyə şeyxülislam vurğulayıb.
xa0
A. Paşazadə qeyd edib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq: "Gələcəkdə ola bilsin bizim üçlükdə görüşümüz olsun. Bizim görüşümüzü təşkil etmək üçün xüsusi komissiya yaradılıb. Görüş üçün işlər gedir. Biz ermənilərin bu addımına etiraz edirik".
xa0
Qeyd edək ki, ermənilər tərəfindən işğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.
xa0
Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.
xa0
Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.
xa0
Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin