Samirə Bağırovadan Tolikə SƏRT REAKSİYA: “Bu kateqoriyadan olan varlıqlara…”

Hazırda oxunan: Samirə Bağırovadan Tolikə SƏRT REAKSİYA: “Bu kateqoriyadan olan varlıqlara…”

175051

Psixoloq Samirə Bağırova bu günlərdə sosial verilişlərdə iştirak etmək üçün ondan xeyli pul tələb edildiyinə dair açıqlama verib:

“"Xəzər" telekanalında Lalə Azərtaşın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin verilişi üçün isə 15-18 min manat pul tələb edirlər”.

“Niyə 18 min almasınlar ki?!”

Psixoloqun bu fikirlərinə prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) yerli mətbuata açıqlamasında cavab verib:

“Verilişlər niyə psixoloqdan pul istəməməlidir? Əgər Samirə Bağırova özünü reklam etmək istəyirsə, telekanalların ona borcu yoxdur. Psixoloq məgər camaatı havayı qəbul edir, yoxsa 1 saatına minimum 100 manat alır? Niyə efiri Samirə Bağırovaya havayı verməlidirlər?

Məsələn, mən Samirənin ala gözünə, qara qaşına aşiqəm ki, onu efirimə dəvət edim? Onun qeyri-adi nə psixoloji istedadı var ki?! Bir qəbulu 300 manatdır, niyə telekanal ondan 18 min manat almasın ki? Telekanalların Samirənin dədəsinə borcu var?!”

Aparıcı əlavə edib ki, o Zauru da, Xoşqədəmi də, Lalə xanımı da dəstəkləyir:

“Onlar düz eləyir. Samirə Bağırovaya da deyirəm ki, Xoşqədəmgil səndən 18 min istəyibsə, eybi yoxdur, gəl, mənə 10 min ver, otur verilişimdə, gör 18 minlik veriliş necə olur, 10 minlik necə olur”.

Səslənən iradlarla bağlı psixoloq Samirə Bağırovanın fikirlərini öyrənmək istədik.

Onun mövzu ilə bağlı Bizim.Media-ya açıqlaması konkret oldu:

“Mən ümumiyyətlə, bu kateqoriyaya mənsub varlıqlara fikir bildirmirəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin