Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları QƏBUL EDİLDİ

Hazırda oxunan: Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları QƏBUL EDİLDİ

174935

Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 13279-1:2023 “Gips yapışdırıcıları və gips suvaqları- Hissə 1: Təriflər və tələblər”, AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” və AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.

Müasir tələblərə uyğun, beynəlxalq təcrübə əsasında hazırlanan yeni dövlət standartları ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, standart layihələrinə tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) 15.11.2023-cü il tarixli iclasında baxılıb və yekdilliklə qərar qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin