Güclü qar Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, qarın hündürlüyü Cəlilabadın dağlıq kəndlərində 28, bəzi ərazilərdə 70 sm-yə çatıb.
Dağlıq kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Badamağacı, Buravar, Şatırlı, Edişə, Pərdi və digər kənd sakinlərinin bildirdiyinə görə, kənd arası yollar qardan təmizlənmədiyindən rayon mərkəzi ilə əlaqə yaratmaq çətinləşib.
Qar elektrik xətlərin qırdığından Cəlilabad şəhərinin bəzi hissələrində və əksər kənddə elektrik enerjisinin verilişi kəsilib. Hazırda bölgədə işıq və yollarda yaranan problemlər müvafiq qurumlar tərəfindən aradan qaldırılır.
Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Eyni zamanda güclü qar rabitə dirəklərin aşırıb və xətləri qırıb. Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır. Hazırda hər iki rayonda mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin elektrik enerjisinin bərpası üçün qəza briqadaları tərəfindən işlər aparılır. Bölgədə yağıntı davam edir.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:42 / 24.01.2024
Cəlilabada 70 sm qar yağdı: İşıq kəsildi – FOTO
Hazırda oxunan: Cəlilabada 70 sm qar yağdı: İşıq kəsildi – FOTO
Hazırda oxunan: Cəlilabada 70 sm qar yağdı: İşıq kəsildi – FOTO
174932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.