MEDİA-nın Müşahidə Şurasının sədr və üzvləri KİMLƏRDİR? – DOSYE 

Hazırda oxunan: MEDİA-nın Müşahidə Şurasının sədr və üzvləri KİMLƏRDİR? – DOSYE 

174919

Xəbər verildiyi kimi Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının sədri Dağbəyi Mirzəxan oğlu İsmayılov təyin edilib. Müşahidə Şurasının üzvlüyünə isə Vüqar Zifər oğlu Əliyev,  Elçin İsmayıl oğlu Şıxlınski, Şəfər Akif qızı Mehrəliyeva və Sevil  Əlirazı qızı Mikayılova seçilib. 
 

MÖVZU İLƏ BAĞLI:

MEDİA-nın Müşahidə Şurasının tərkibi təsdiqləndi


Bizim.Media həmin şəxslərin dosyesini təqdim edir: 

Dağbəyi İsmayılov


Azərbaycanın Əməkdar Jurnalisti və “Azərtac” İnformasiya Agentliyinin İdarə Heyətinin sədr müavinidir. 50 ildən artıq mətbuatda çalışan Dağbəyi İsmayılov 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetlərinin redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət Teleqraf agentliyində (Azərtac) buraxılış redaktoru, 2003-cü ildən “Azərtac”-da baş redaktor kimi çalışıb. 2008-ci il fevralın 1-dən ölkə başçısının sərəncamı ilə "Azərtac" Baş direktorunun müavini təyin edilib.

Ölkə başçısının 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul, 2020-ci il 22 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Ailəlidir, 2 övladı, 4 nəvəsi var, oğlu Elgün 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. Aktyor Elnur İsmayılovun atasıdır.

Vüqar Zifəroğlu 


Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının üzvü seçilən Vüqar Zifəroğlu 1999-ildən mətbuat orqanlarında çalışıb. 2004-2006-ci illərdə BDU-nun Jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən BDU Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.

2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub. Beynəlxalq jurnalist olaraq bloger kimi də fəaliyyət göstərir: 

2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir, 2 övladı var.

Sevil Mikayılova



Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının digər üzvü Sevil Mikayılova Əməkdar jurnalist və millət vəkilidir. 

1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olub, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləyib. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir.

2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. 

Şəfəq Mehraliyeva


Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının dugər bir üzvü Şəfəq Mehrəliyeva ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində təhsil alıb. O, uzun illər jurnalistika fəaliyyəti ilə məşğul olub. Şəfəq Mehrəlıyeva 2012-ci ildən ADA Universitetində çalışır və BACDM proqramının direktorudur. O, eyni zamanda Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun rəhbəridir.

Elçin Şıxlı


Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının daha bir üzvü seçilən Elçin Şıxlı 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışıb. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olub. 2016-cı ildə "Ayna.az" saytı və "Ayna TV"ni təsis edib. Elçin Şıxlı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin