“Azərbaycanda orta məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri manset.az-a açıqlamasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bildirib.
O, qeyd edib ki, təhsil müəssisələrində yalnız müəllimlər liftdən istifadə etməlidir:
“Təhsil müəssisələrinə birdən-birə liftin qabağına beş min adam yığılır. Həmin adamlarında deyək ki, dərsi eyni vaxtda başlayır. Lift qoyulanda da elə nəzərdə tutulmalıdır ki, bu beş min adam ora sığa bilsin. Məsələn, Rusiyada Moskva dövlət universitetinin otuzdan çox mərtəbəsi var. Bizim təhsil müəssisələrinin hansında elə lift var? Heç birində.Tarixən Azərbaycanda da məktəblər hamısı üç mərtəbəli olub. Ona görə, lift olmayıb ki, tələbələr bir-birlərini əzməsinlər. Ona görə də fikrimdə qalıram, liftlər yığışdırılmalıdır. Bu həm də tələbələr üçün idmandır.Müəllimlər liftdən istifadə edə bilər. Hansısa universitetə gedəndə mənim kimi adam iyirmi dəqiqə liftin qarşısında gözləyirəm. Belə olmaz!”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 24.01.2024
"Məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır” - Misir Mərdanov
Hazırda oxunan: "Məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır” - Misir Mərdanov
Hazırda oxunan: "Məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır” - Misir Mərdanov
174899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.