Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Bizim.Media Agentliyə istinadən xəbər verir ki, avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda yarana biləcək hər hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.
Ötən gün gecə boyu və bu gün gündüz saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülüb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub.
Bakı şəhərində agentliyin xidmət göstərdiyi yollarda və prospektlərdə, xüsusi ilə daha tez qartutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.
Ümumilikdə Bakı şəhəri və respublikanın avtomobil yollarına 622 qarkürüyən, duz-qum qarışı səpən, həmçinin köməkçi yol texnikası və maşın-mexanizm xidmət göstərir, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:38 / 23.01.2024
Avtomobil yollarında 622 qarkürüyən texnika xidmət göstərir - RƏSMİ
Hazırda oxunan: Avtomobil yollarında 622 qarkürüyən texnika xidmət göstərir - RƏSMİ
Hazırda oxunan: Avtomobil yollarında 622 qarkürüyən texnika xidmət göstərir - RƏSMİ
174767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.