Ötən il yol qəzalarında 591 nəfər ölüb - RƏSMİ 

Hazırda oxunan: Ötən il yol qəzalarında 591 nəfər ölüb - RƏSMİ 

174563

2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı 2022-ci illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub. 

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. 

Bildirilib ki, onlardan 941-i, başqa sözlə 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb. 

Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib. 
"Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir", - məlumatda qeyd olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin