Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın halı pisləşib.
Moderator.az xa0xəbər verir ki, bu haqda məlumatı cəbhə.info saytı yayıb. Xəbərdə bildirilir ki, E.Süleymanova bu gün Horadiz şəhərində keçirilən “Şəhidlər”x9d abidə kompleksinin açılış mərasimdə iştirak etmək üçün sözügedən bölgəyə səfər edib.
xa0
Mərasim öncəsi şəhər mərkəzində abidə önünə qədər keçirilən “Zəfər yürüşü”x9dnə qatılan Ombudsmanın halı qəflətən pisləşib.
xa0
E.Süleymanovanının tamamən müqavimətini itirdiyini görən ətrafdakı insanlar tez ona yardım ediblər. Qısa müddətdən sonra o, yürüş aksiyasına yenidən qoşulub. Və mərasimdə çıxış edib.

































































































