"Orta məktəblərdə şagird ölümlərinin sayı artıb" - Deputat

Hazırda oxunan: "Orta məktəblərdə şagird ölümlərinin sayı artıb" - Deputat

174528

Biz səhiyyə komitəsi ilə birlikdə bir dinləmə keçirək.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri orta məktəbdə şagirdlərin ölüm sayının artmasıdır:

“Bu məsələ çox narahatedicidir. Mümkün olsa, biz psixoloqların üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, şagirdlərin dispanzarasiyası haqqında qanun var amma düzgün tətbiq edilmir. Yəni müxtəlif səbəblərdən orta məktəblərdə həyatını itirən uşaqların sayında artımı görürük. Ona görə bu məsələ ilə bağlı dinləmə keçirilməsini təklif edirəm”.

Komitə sədri Bəxtiyar Əliyev qeyd edib ki, elə təəssürat yaranmasın ki, Azərbaycanda ölüm halları ilə bağlı araşdırma aparılmır:

“Bu, bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinin işidir. Statistikaya baxsaq, intiharla bağlı ən aşağı statistika Azərbaycandadır. Elə təəssürat yaranmasın ki, Azərbaycanda uşaqlar arasında intihar və ölüm halları çoxdur. Biz bu məsələ ilə məşğuluq. 

Azərbaycanda intihar baş verən zaman dərhal hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılır. Azərbaycanda əhali sayı 7 milyon olanda intihar nə qədər idi, indi nə qədərdir? Biz bunu araşdırırıq. Mütəxəssislərin fikirlərini dinləmək, Statistika Komitəsinin məlumatlarına baxmaq lazımdır.
Elə təəssürat yaratmaqla məşğul olanlara və danışanlara tövsiyə edərdim ki, araşdırsınlar. Cinayət tərkibi varsa, cinayət təqibi həyata keçirilir, digər hallarda lazımi addımlar atılır, qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslar yaranır. Azərbaycanda müəyyən meyarların tələblərindən çıxış edərək demək olar ki, ölkəmizdə intihar halları yüksək deyil. Amma hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Çalışmalıyıq ki, bunun qarşısını biz alaq. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi, firavan yaşayışı üçün dövlət kifayət qədər işlər görür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin