Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var. İlkin məlumatalara görə, ağır yol-nəqliyyat hadisəsi sürücülərdən birinin ötmə qaydalarına riayət etməməsi səbəbindən baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistralının Şəkinin Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Ford” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Bu zaman hərəkət istiqamətini itirən “Ford” yaxınlıqda dayanan 39 yaşlı Mingəçevir şəhər sakini Nəcməddin Əhmədovu da vurub.
Müxtəlif dərəcəli bədən xəsarəti alan Mingəçevir sakini hadisə şahidlərinin köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundən verilən məlumata əsasən faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:47 / 21.01.2024
Şəkidə 2 avtomobil toqquşdu - XƏSARƏT ALAN VAR
Hazırda oxunan: Şəkidə 2 avtomobil toqquşdu - XƏSARƏT ALAN VAR
Hazırda oxunan: Şəkidə 2 avtomobil toqquşdu - XƏSARƏT ALAN VAR
174480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.