Eldar Quliyevin quruluş verdiyi “Girov” filmində hadisələr Ermənistanla sərhəd kəndlərinin birində, Birinci Qarabağ müharibəsinin ilk qığılcımlarının çıxdığı illərdə baş verir.
Bizim.Media xəbər verir ki, o dövrdə Azərbaycanın ordusu yox idi və sovet hakimiyyəti son dövrlərini yaşayırdı.
Filmin qısa süjet xətti belədir: kənd sakini Kərimi ermənilər əsir götürür. Kərimi xilas etmək üçün isə onun həmkəndliləri digər ermənini ayağından vurub Kərimlə dəyişmək üçün girov saxlayırlar.
İş elə gətirir ki, əhalinin qəzəbindən qorumaq və ermənilərə sağ-salamat təhvil üçün girovu Kərimin evində saxlamalı olurlar. Kərimin həyat yoldaşı Sona əvvəl tərəddüd etsə də, sonra buna razı olur.
Film ekranlara çıxdığı ildən birmənalı qarşılanmayıb.
Ətraflı Baku TV-nin araşdırmasında:
Bizim.Media