Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə saat 19:00 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomaşının sürücüsü, 1957-ci il təvəllüdlü Novruzov Nizami Əlisahib oğlu həmin yolda hərəkətdə olarkən yolun kənarı ilə hərəkətdə olan rayonun Şahsevən kənd sakini, 1979-cu il təvəllüdlü Həşimov Mübariz Tofiq oğlunu vurub.
Zərbənin təsirindən ağır bədən xəsarəti alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media, Aran bürosu