Müğənni sevgilisinə 18 bıçaq xəsarəti yetirdi - Bakıdakı oteldə dəhşətli QƏTL 

Hazırda oxunan: Müğənni sevgilisinə 18 bıçaq xəsarəti yetirdi - Bakıdakı oteldə dəhşətli QƏTL 

17446

Bakıda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədən 39 yaşlı Murad Şamilovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Murad Şamilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl ötən il paytaxtın Biləcəridəki “Salt” hotelində baş verib. 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib. Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətlə yetirilən qadın restoranlarda müğənni kimi çıxış edirmiş. Onların iki azyaşlı övladı olub.

Murad Şamilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Arvadını öldürməsinin səbəbləri haqda danışan Murad Şamilov bildirib ki, mərhum ondan ayrılmaq istəyirmiş:

"İstəyirdi ki, toplum içində olsun. Müğənnilik edirdi. Həmin ərəfədə münasibətlərimiz yaxşı deyildi. Küsürdük, sonra da barışırdıq.

Ona müğənni kimi həmişə dəstəyim olub. Mahnı seçimində, iş seçimində həmişə yolu mən göstərmişəm.

Oteldə söhbətimiz zamanı mənə dedi ki, qızlar atasına oxşayan kişiləri sevirlər. Bunların da hamısını seriallardan öyrənmişdi.

Soruşdum ki, mən nə etməliyəm ki, atana oxşayım və mənim sənin atandan nəyim əskikdir? Cavab verdi ki, atası anasının işlərinə qarışmırmış. Mən də dedim ki, atan anana hansı sərbəstlik verib? Dedi ki, anam da müğənnilik edir, amma atam ona heç bir müdaxilə etmir. Sərbəst olmaq, azad yaşamaq istəyirdi. Bir rəfiqəsi var idi. Ərindən boşanmışdı və tək yaşayırdı. Həmin qadın müğənnilik edirdi, idmana gedirdi, rahat həyatını yaşayırdı. Bir nəfər də imkanlı kişi tapmışdı. Həmin kişi buna sponsorluq da edir. Bu da onu istəyirdi. Mənə şərt qoydu ki, onun sərbəst olmasına şərait yaradım.

O, dedi ki, toy sahibləri, restoran müdirləri əri olan müğənnilərə əlavə iş vermir. Çünki onlar istədikləri vaxt müğənniyə zəng etmək istəyirdilər. Şahanə restoranlara gedəndə mən onu aparırdım. Toy bitənə qədər də gözləyirdim.

Şahanə bunu istəmirdi. Artıq iki restoranda da iş tapdığı üçün mənim yanımda olmağımı istəmirdi.

Mübahisələrimiz böyüdü. Burada deyə bilmədiyim sözlər var. Ona suallar verdim, amma cavab vermədi. Mənə dediyi bəzi sözlərlə artıq hövsələdən çıxdım. Otaqdan çıxıb getmək istəyəndə onu tutdum. Bıçaqla vurdum, amma tam xatırlamıram". (Yeni Müsavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin