Ölkəyə gətirilən hibrid avtomobillərin ildən-ilə sayı və dəyəri sürətlə artır.
Bizim.Media xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobil idxal olunub.
2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə artıb. Bir ədəd hibrid avtomobilin orta hesabla idxal qiyməti 2023-cü ilin sonunda milli valyuta ilə təxminən 46 581 manat, 2022-ci ilin sonunda isə 23 296 manat olub.
Rəqəmlər son bir ildə hibrid avtomobillərin 23 285 manat bahalaşdığını göstərir.
İqtisadçı-ekspert Pünhan Musayev deyir ki, hökumətin bu sahədə tətbiq etdiyi güzəştlər elektrik mühərriki ilə işləyən avtomobillərə marağı artırıb. Ekspert avtomobillərin orta idxal qiymətinin artma səbəbinə də aydınlıq gətirib.
Bəs ölkəyə bahalı avtomobillərin idxalının artması daxili bazara necə təsir edə bilər?
Ekspert bildirib ki, elektriklə işləyən bahalı avtomobillərlə yanaşı, ölkəyə həmin növdən olan nisbətən ucuz nəqliyyat vasitələri də idxal olunur. Pünhan Musayevin sözlərinə görə, belə avtomobillər daha müasir olduğu üçün bazarda fərqli qiymətlərə təklif oluna bilər.
Daha ətraflı Xəzər televiziyasının videomaterialında:
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 21.01.2024
Azərbaycana gətirilən hibrid avtomobillərlə bağlı mühüm xəbər - VİDEO
Hazırda oxunan: Azərbaycana gətirilən hibrid avtomobillərlə bağlı mühüm xəbər - VİDEO
Hazırda oxunan: Azərbaycana gətirilən hibrid avtomobillərlə bağlı mühüm xəbər - VİDEO
174422
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.