Zakir Cəfərov təhsil aldığı müəssisədə anıldı - Fotolar

Hazırda oxunan: Zakir Cəfərov təhsil aldığı müəssisədə anıldı - Fotolar

174373

Azərbaycan Memarlıq və İnşaat Universitetində bu il fervarlın 24-dən 25-ə keçən gecə erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan, İnşaat Kollecinin tələbəsi Zakir Cəfərovun və ötən il aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunan tədbir keçirildi. Tədbirdə Universitet və Kollec rəhbərliyi ilə yanaşı Zakir Cəfərovun Anası, qardaşı, habelə yaxınları iştirak edirdi.xa0

Nicat
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanın hazırkı gücündən, Silahlı Qüvvələrimizin mövcud vəziyyətindən və Şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik hisslərindən geniş söhbət açdı. O Zakirin qəhrəmanlıq nümunəsi olduğunu və onun kimi məzunların təhsil aldığı müəssisə ilə yanaşı bütün ölkənin başını uca etdiyini dilə gətirdi, həmçinin belə vətənpərvər gəncliyi olan dövlətin sarsıdılmasının mümkünsüzlüyünü ifadə etdi. Rektor torpaqlarımızın işğala məruz qalan hissəsinin azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi əmrin uzaqda olmadığına əminliyini bildirdi.xa0
Nicat

Şəhid Zakir Cəfərovun anası Kəmalə xanım bu cür tədbirin təşkil olunmasına görə Universitet və Kollec rəhbərliyinə, minnətdarlıq etdi.
Daha sonra tələbələrin ifasında vətənpərvərliyi əks etdirən və şəhidlərin əziz xatirəsinə həsr olunan maraqlı musiqi və şeir numunələri dinlənildi.
NicatNicatNicatNicatNicat
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin