Aprelin 14-dən kafe-restoran və bərbərxanalar bağlanır? - Obyekt sahibləri NARAHATDIR

Hazırda oxunan: Aprelin 14-dən kafe-restoran və bərbərxanalar bağlanır? - Obyekt sahibləri NARAHATDIR

17435

Yeni həftədə Azərbaycanda karantin qaydalarının sərtləşdiriləcəyi və bəzi qapanmaların olacağı söyləntiləri var. 

Bizim.Media-ya daxil olan məlumata görə aprelin 14-dən paytaxtda fəaliyyət göstərən kafe, restoran, ictimai iaşə obyektləri, eləcə də bərbərxanalar və gözəllik salonlarının karantinə bağlanacağı bildirilir.

Hətta bununla bağlı sözügedən müəssisələrə yerli hüquq-mühafizə orqanları tərəfindən təlimat verildiyi də qeyd olunur.

İddiaya görə, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda qeyd olunan sahələrdə fəaliyyətin daha bir müddətə dondurulması üçün müzakirələr aparır. 
Qeyd edək ki, 2020-ci ilin fevralından ölkədə mövcud olan koronavirus pandemiyası səbəbindən epidemioloji durum gərginləşdikcə bir çox sahələrin fəaliyyəti zaman-zaman məhdudlaşdırılıb. 

Məsələni dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən bir neçə kafe və restoranlarla əlaqə yaratdıq. 

Obyekt sahiblərinin bəziləri  jurnalist olduğumuzu bilərək cavab verməkdən yayınsalar da, kafe və restoranların bağlanacağı xəbəri onları təccübləndirməyib:

“Öz işimizdəyik. Hələki bizə heç nə deyilməyib. Odur ki, nə qərar veriləcək, ona da məcbur razılaçacağıq”.

Digər müsahiblərimiz isə bu məsələdən lap tədirgin olduqlarını ifadə ediblər:

“Kim deyir? Siz haradan eşitmisiz? Yenə başlanır? Bəs biz nə ilə dolanaq? Yeganə qazanc yerimiz budur, hələ işçiləri demirəm...”.

Görünən odur ki, əhali sərt karantin qaydalarından əməlli-başlı yorulub. İstənilən halda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını gözləmək şərtdir. 

Xatırladaq ki, Azərbaycanda karantin rejimi iyunun 1-nədək  davam edcək. 

Mart ayından etibarən ölkədə koronavirusa yoluxma və ölüm sayı kritik həddə çatıb. Gündəlik yoluxma 2000-3000, ölüm isə 27-35 nəfər arasındadır. Bu günə qədər 281 min  387 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 082 nəfərdir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin