"Binəqədidə baş verən yanğının səbəbi ilə bağlı bir neçə versiya var" – Kamran Əliyev 

Hazırda oxunan: "Binəqədidə baş verən yanğının səbəbi ilə bağlı bir neçə versiya var" – Kamran Əliyev 

174293

"Binəqədi rayonunda baş verən yanğında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır".

Bizim.Media xəbər verir ki, Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Binəqədi rayonunda baş verən partlayışla bağlı istintaq hərəkətləri davam edir:

“Baş verən yanğında 9 nəfər dünyasını dəyişib, yaralılar var. Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Baş prokurorun sözlərinə görə cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hal-hazırda bütün ekspertizalar təyin edilib:

"Baş verən partlayış və yanğınla bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qayda da Pernital Mərkəzdə baş verən yanğınla bağlı məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırd istintaq davam edir".





Nuranə Daxilqızı, Leyla Qəhrəmanova Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin