NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir - FOTO

Hazırda oxunan: NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir - FOTO

174254

Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Kolomina özünün “X” hesabında məlumat verib.

O bildirib ki, görüş zamanı sülh danışıqları və regional təhlükəsizliklə bağlı müzakirələr aparılıb.

Xüsusi nümayəndə həmçinin NATO-nun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, eləcə də hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin