Vahid Mustafayevdən MTRŞ-yə İRAD - “Toplantıya 25 dəqiqə gecikən MTRŞ şura üzvləri ...”

Hazırda oxunan: Vahid Mustafayevdən MTRŞ-yə İRAD - “Toplantıya 25 dəqiqə gecikən MTRŞ şura üzvləri ...”

17423

“Biz hamımız Qarabağda çalışan Azərbaycan radiosuna dəstək olmalıyıq, axı onlar düşmənlə üzbəüz, ön cəbhədədirlər.”

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Vahid Mustafayev “Facebook” hesabında bildirib. 

Onun sözlərinə görə, ANS ÇM Qarabağda radio açılması uğrunda iştirak etdi:

“MTRŞ-nın (Milli Televiziya və Radio Şurası) Qarabağda 102.7 FM tezliyində yeni radio uzrə müsabiqəsinin ilk və sonuncu toplantısı oldu.

Xatırlatmaq istəyirəm ki, Azərbaycan və onun xaricində yaşayan milyonlarla azərbaycanlıların daimi tələblərini nəzərə alaraq biz, Azərbaycanın Milli Qəhramanı Çingiz Mustafayev adına ANS-ÇM Radiostansiyasını yenidən fəaliyyətə qaytarmaq və ən əsası, Qafqaz və Orta Asiyada ilk (1994-cü ildə yaranıb) radiostansiyasının təcrübəsini, əsasən də Qarabağ döyüşlərində qazanılan əvəzolunmaz təcrübəni dövlətimiz və xalqımızın qulluğuna həsr etmək üçün bu dəfə üç şirkətlə - İNS ÇM (Seyfulla Mustafayev), İSTİ PRESS (Sevda Həsənova) və ANS ÇM (Vahid Mustafayev) kimi bu tenderə qatıldıq.

Vaxt var idi, namizədlərin avadanlıqlarını yoxlayardılar, yaradıcı kollektivi ilə tanış olardılar, redaktor və jurnalistlərin tərcümeyi-halı, cəza evlərində və ya xaricdə olan qohumları haqqında məlumatlar, nominantların ideya və planları haqda məruzələrini dinləyərdilər, ən azı indi dəbdə olan "pitçinq"(müdafiə) edərdilər. 

Axı bu adamlar Azərbaycanın ən çətin zonası olan Qarabağda müxtəlif dillərdə hazırladığı məlumat, bədii və sənədli verilişləri hazırlayıb yayıma buraxacaqlar.

Bu amalla gecə-gündüz hazırlaşdığımız ev tapşırıqlarını yüksək səviyyədə cilaladıq, aparıcılarımızı və redaktorlarımızı götürüb MTRŞ-a gəldik. Amma yuxarıda qeyd etdiklərimin heç birisini görmədik və gözlədiyimiz həyəcanı hiss etmədik.

Hər şey çox asan və trivial şəkildə baş verdi. Toplantıya 25 dəqiqə gecikən MTRŞ şura üzvləri nominantları sadəcə … hazırlanmış qərarı ilə tanış edərək, seçilmiş qalibi elan etdi və qalib CBC (Caspian Broadcasting Company) şirkəti oldu”.

Vahid Mustafayev qeyd edib ki, nominantlardan CBC-ni yalnız onlar, yəni ANS təbrik edib:

“Düşünürəm bu səhvdir. Onları hamı təbrik etməli idi. Biz hamımız Qarabağda çalışan Azərbaycan radiosuna dəstək olmalıyıq, axı onlar düşmənlə üzbəüz, ön cəbhədədirlər. Vətən sağ olsun!”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin