Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb

Hazırda oxunan: Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb

174216

Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb

2023-cü il ərzində Naxçıvan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində ümumilikdə  122 odlu silah və 3000-ə yaxın döyüş sursatı götürülmüşdür. 

Naxçıvan MR DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı  çağırışını bir daha vətəndaşların nəzərinə çatdırır, odlu silahların ağır nəticələrə səbəb ola bilən  hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün  onları könüllü təhvil verməyi tövsiyyə edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin