Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri edən "DAF" markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsü məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, idarəyə daxil olan məlumat əsasında araşdırma başlanılıb:
Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 500 manat məbləğındə cərimə edilib.
- A-
- A
- A+
Cəmiyyət
19:27 / 19.01.2024
Ələt-Astara yolunda yük maşını ilə avtoxuliqanlıq edən sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Hazırda oxunan: Ələt-Astara yolunda yük maşını ilə avtoxuliqanlıq edən sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Hazırda oxunan: Ələt-Astara yolunda yük maşını ilə avtoxuliqanlıq edən sürücü CƏRİMƏLƏNDİ - VİDEO
174213
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.