Şadlıq sarayında BIÇAQLANMA – Saxlanılan var 

Hazırda oxunan: Şadlıq sarayında BIÇAQLANMA – Saxlanılan var 

174191

Şəmkirdə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb. 

Şəmkir rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin