İctimai Birlik sədri: “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”

Hazırda oxunan: İctimai Birlik sədri: “Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir”

174184

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi xalqımız, dövlətimiz üçün önəmli məsələdir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri secki-2024.az saytına “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib. 

Birlik sədri vurğulayıb ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisində keçiriləcək: 

“Zəfər qələbəmizin fonunda Azərbaycanın seçkilərə getməsi bütün dünyaya mesajdır. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Əminəm ki, xalqımız üçün bu seçkilər çox fərqli və yüsək əhval-ruhiyyə keçəcək. “Çernoblçı”lar və onların ailə üzvləri bu seçkilərdə birmənalı şəkildə iştirak edəcəklər”.

M.Həsənov qeyd edib ki, ölkədə seçkilər hər zaman demokratik şəkildə keçirilib: 

“Qarabağ və Xankəndidə seçki məntəqələrinin yaradılması tarixi hadisədir. Qurum olaraq hər kəsi sağlam rəqabət halında keçəcək seçkilərdə iştirak etməyə və tarixin bir parçası olmağa dəvət edirik”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin