Xronika: Qərbi Azərbaycan planının detalları - VİDEO

Hazırda oxunan: Xronika: Qərbi Azərbaycan planının detalları - VİDEO

174084

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, süjetdə Azərbaycanın Ermənistanla sərhədin müəyyənləşməsi prosesinə Xalq Cumhuriyyəti dövrünə aid xəritələrini əsas sənəd kimi daxil etməsindən bəhs olunur.

Bildirilib ki, bu, Qərbi Azərbaycan məsələsinin siyasi müstəvidən sonra praktiki müstəviyə keçməsini də aktuallaşdırır:

“Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə sərhədlə bağlı dedikləri bu gözləntiləri ön plana çıxardı. Dövlət başçısının səsləndirdiyi fikirlər və irəli sürdüyü istiqamətlərin motivi sərhədin delimitasiyası olsa da, burada əsas məqamlardan birinin Qərbi Azərbaycan məsələsinin növbəti mərhələyə daşınması olduğunu deyə bilərik”.

Qeyd olunub ki, ötən il iyulun 15-də Bresseldə keçirilən üçtərəfli görüşdə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı müzakirə edildi:

“Bu adi müzakirə yox, rəsmi Bakının Qərbi Azərbaycan məsələsini diplomatik müstəvidə qəbul etdirməsi idi. Prezident İlham Əliyevin sərhədin delimitasiyası ilə bağlı irəli sürdüyü istiqamətlər isə Qərbi Azərbaycan hədəfinin diplomatik müstəvidən praktiki müstəviyə daşınması planından xəbər verir. Dövlət başçısının delimitasiya prosesinə siyasi metdologiyanı daxil etmək gedişi də bu ərazilər üzərində Azərbaycanın tarixi haqqının tanınması, yaxud cari dövrdə müəyyən bir hissəsinə qayıdışın təmin edilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev delimitasiya prosesinə xronoloji metodu daxil etməklə SSRİ dövründə ermənilərə verilən ərazilərin qaytarılmasını irəli sürür”.

Diqqətə çatdırılıb ki, delimitasiya Prezident İlham Əliyevin irəli sürdüyü siyasi metodologiya, yaxud xronoloji metodla müəyyənləşərsə, Qərbi Azərbaycanın ya bütün əraziləri, yaxud da ən azı Zəngəzurun böyük hissəsi Azərbaycanın nəzarətinə keçəcək və doğma yurdundan qaçqın düşmüş soydaşlarımızın öz evlərinə qayıdışı önündə heç bir maneə qalmayacaq.

Sonda vurğulanıb ki, Prezident İlham Əliyev xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklif edir:

“Bu, əslində Ermənistana açıq ismarışdır. Çünki rəsmi İrəvanın başqa yolu qalmayıb. Ya delimitasiya prosesi də daxil olmaqla sülh sazişini Bakının ədalətli tələblərinə uyğun imzalamalı və Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmalıdır, ya da AXC xəritələri üz-üzə qalmalı olacaq. Bunu Prezident İlham Əliyev deyir və zamanla isbat etdi ki, o dediyini edəcək”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin