Şuşada “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək

Hazırda oxunan: Şuşada “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək

174040

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Məşvərət görüşündə üç fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb və yaradıcı ideyalar irəli sürülüb.

Bildirilib ki, iclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.

İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib.

Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. 

Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin