Prokuror Təranə Səmədovaya 7 il 6 ay həbs CƏZASI istədi

Hazırda oxunan: Prokuror Təranə Səmədovaya 7 il 6 ay həbs CƏZASI istədi

173981

Tanınmış prodüser Təranə Səmədova və onunla birgə ittiham edilən Rasim Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. 

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror T.Səmədovanın 7 il 6 ay, R.Həsənovun 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib. 
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib. 

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin