Argentinanın ermənipərəst prezidenti Xavyer Mileyini öldürməklə və hökumət binalarını partlatmaqla hədələyən 48 yaşlı kişi polis tərəfindən saxlanılıb.
Bizim.Media "Infobae" portalına istinadən xəbər verir ki, bu barədə informasiyanı hüquq-mühafizə orqanlarındakı mənbə yayıb.
Məlumata görə, Rafael Kastilyo adlı şəxs 911 qaynar xəttinə beş dəfə zəng edərək ölkə rəhbərini öldürməklə, həmçinin prezident administrasiyasının və parlamentin binalarını partlatmaqla hədələyib.
Polis şübhəlinin mənzilində axtarış aparıb və onu saxlayıb. Hazırda psixiatr müayinəsinə göndərilən şəxs “cəmiyyəti qorxutmaq” maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Xavyer Miley bu ölkədəki erməni diasporu ilə sıx əlaqələrə malikdir. Belə ki, o, 2008-2021-ci illərdə argentinaəsilli erməni iş adamı Eduardo Ernekyanın “Korporasiya Amerika” təşkilatının əməkdaşı və onun baş məsləhətçisi olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 18.01.2024
Argentinanın ermənipərəst prezidentini ölümlə hədələyən şəxs TUTULDU
Hazırda oxunan: Argentinanın ermənipərəst prezidentini ölümlə hədələyən şəxs TUTULDU
Hazırda oxunan: Argentinanın ermənipərəst prezidentini ölümlə hədələyən şəxs TUTULDU
173969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.