Kəlbəcəri itirəndə Azərbaycan saçlarını yolmalıydı-yolmadı...

Hazırda oxunan: Kəlbəcəri itirəndə Azərbaycan saçlarını yolmalıydı-yolmadı...

173948












Tanınmış şair Vüqar Əhməd Kəlbəcərin işğalının 24 cü ildönümünə həsr etdiyi şeiri Moderator.az-a göndərib:


Olmadı xa0 xa0xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

Xeyirxahlıq əlimizə,
Türk sözləri dilimizə
İlahi eşq qəlbimizə,
Dolmalıydı-dolmadı.

Ürəkdə qəm bitirəndə,
Kəlbəcəri itirəndə,
Azərbaycan saçlarını,
Yolmalıydı-yolmadı.

Boş arzular, ümid, xəyal,
Millət içrə hər qalmaqal,
Yolumuzda bitən qanqal,
Solmalıydı-solmadı.

Lal fəryaddan qəlbim inlər,
Fəqət Allah - məni dinlər,
Biz istəyən gözəl günlər-
olmalıydı-olmadı.
xa0 xa0xa0
01.04.2017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin