Polis Cəlilabadda əməliyyat keçirdi - TUTULANLAR VAR

Hazırda oxunan: Polis Cəlilabadda əməliyyat keçirdi - TUTULANLAR VAR

173934

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dövlət qurumlarından birinin balansında olan ümumi dəyəri 1690 manat olan 13 ədəd quyu qapağını oğurlamaqda şübhəli bilinən rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ehtibar Quliyev, Rahim Verdiyev müəyyən edilərək maddi sübutlarla birlikdə saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu yayıb.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərindəki 6 təsərrüfatdan ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Elgün Şahmarov, Bəhruz Əlizadə və bir nəfər yeniyetmə olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin