Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur.
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib.
O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür:
“Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin müddətin 140 günə çatdırılması təmin edilə bilər. Bunun ilk növbədə büdcə yükü müəyyənləşdirilməlidir. Məsələnin həlli üçün müvafiq qurumlarla işləmək lazımdır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:34 / 18.01.2024
Analıq məzuniyyətinin müddəti artırılsın - DEPUTATDAN TƏKLİF
Hazırda oxunan: Analıq məzuniyyətinin müddəti artırılsın - DEPUTATDAN TƏKLİF
Hazırda oxunan: Analıq məzuniyyətinin müddəti artırılsın - DEPUTATDAN TƏKLİF
173932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.