Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Bizim.Media