Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayışla bağlı dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı yekunlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda mebel sexində PARTLAYIŞ: Əraziyə 15 təcili yardım briqadası CƏLB OLUNDU - FOTO/VİDEO
Xatırladaq ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb, 9 nəfər isə həlak olub.
Bizim.Media